Interposta.Info

Türkiyəyə məxsus təyyarə dəhşətli qəzaya uğradı - “subaylığın son gecəsi” 11 qızın həyatına son qoydu

Dünya
 11-03-2018, 21:09     10 404

Türkiyədə dəhşətli təyyarə qəzası baş verib.

Musavat.com Hürriyet qəzetinə istinadən xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərindən Türkiyəyə gələn təyyarə İranın paytaxtı Tehran şəhərində yerə düşüb. Təyyarədə olan 2-si qadın pilot, 1 stüardessa, 8 sərnişin daxil olmaqla olmaqla hər kəs həlak olub.

Təyarənin Türkiyənin məşhur iş adamlarından sayılan, "Başaran" holdinqin sahibi Hüseyin Başarana aid olduğu müəyyən olunub.

Özəl təyyarənin çarter reysi ilə BƏƏ-in Şarika şəhərindən İstanbula gəlməkdə olduğu bilinib. Xəbəri Türkiyənin İrandakı səfiri Hakan Tekin də təsdiqləyib. Səfir Tekin təyyarənin yerinin təsbit olunduğunu və təcili yardım, habelə yanğınsöndürən maşınların bölgəyə hərəkət etdiyini bildirib.

Türkiyə mətbuatı qəzanın başqa bir dramatik tərəfinə diqqəti çəkib. Belə ki, Hüseyn Başaranın qızı Mine Başaran BƏƏ-də 7 rəfiqəsi ilə birlikdə subaylığın son gecəsi tədbiri üçün gediblərmiş.

Lakin “subaylığın son gecəsi”, onların həyatlarının son gününə çevrilib....

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26