Interposta.Info

Türk ordusu Racoya girdi – Mühasirə başladı

Dünya
 2-03-2018, 14:25     10 352

Türkiyə Silahlı Qüvvələri və ASO Afrinin Raco bölgəsində əməliyyata başlayıb.

Axar.az xəbər verir ki, səhər erkən saatlarda ilk olaraq ASO Raco istiqamətində hücuma keçib.

Məlumata görə, artıq əməliyyat çərçivəsində Raco bölgəsinin iki kəndi də terrorçulardan təmizlənib.

***

Türkiyə Silahlı Qüvvələri və ASO-nun səhər saatlarında Racoya hücumu nəticəsində daha bir kənd azad edilib.

Hücum nəticəsində Museku kəndi terrorçulardan təmizlənib.

Raco bölgəsində həmçinin Aşağı və Yuxarı Mamelan kəndlərini ələ keçirən türk ordusu və ASO ərazini mühasirəyə alıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26