Interposta.Info

Tramp dünyaya meydan oxudu: Əvvəlcə Amerika...

Dünya
 27-01-2018, 10:03     10 383

ABŞ prezidenti kimi mən hər zaman Amerikanın maraqlarını ilk yerə qoyacağam.

Axar.az xəbər verir ki, bunu Davos Forumunda çıxışı zamanı ABŞ Prezidenti Donald Tramp söyləyib.

“ABŞ prezidenti kimi mən hər zaman Amerikanın maraqlarını ilk yerə qoyacağam. Eyni sözləri digər dövlətlərin başçıları da deyərdi. “Əvvəlcə Amerika” – “Yalnız Amerikadır” demək deyil; ABŞ-da artım varsa, yerdə qalan bütün dünya da artır deməkdir. Amerikanın çiçəklənməsi kapitalın və bütün dünya üzrə iş yerlərinin yaradılmasına kömək edir”, – deyə o bildirib.

O, ABŞ-ın miqrasiya sisteminin yenilənməsinə ehtiyac olduğunu deyib:

“Söhbət terrorizmdən gedəndə biz öz vətəndaşlarımızı və sərhədlərimizi qorumağa hazırıq. Amerikanın miqrant qəbulu sistemi buna görə də köhnəlib və reformlara ehtiyac duyur. ABŞ gələcəkdə immiqrant qəbulunu onların təhsili və profesional təcrübəsi əsasında qəbul etməyi planlaşdırır”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26