Interposta.Info

Taliban Trampın illik hesabat məruzəsinə reaksiya verib

Dünya
 6-02-2020, 08:58     312

Birləşmiş Ştatlar prezidenti Donald Tramp illik hesabat məruzəsində Əfqanıstandakı Talibanla sülh danışıqlarını müsbət qarşıladığını və administrasiyasının Amerika əsgərlərini bu ölkədən geri gətirmək üçün ən uzun sürən müharibəyə son qoymağa çalışdığını deyib.

Əfqanıstanın üsyançı qrupu Trampın çərşənbə axşamı gecə etdiyi çıxışına dərhal reaksiya verərək, Amerika liderinin "sözlə deyil, atdığı addımlarla" 18 ildir davam edən münaqişənin sona çatmasına yardım edə biləcəyini deyib.

Birləşmiş Ştatların qanunvericiləri qarşısında çıxışı zamanı Tramp ABŞ-ın Əfqanıstandakı qoşunlarının çox böyük nailiyyət əldə etdiyini və Qətərin aylardır ev sahibliyi etdiyi ABŞ-Taliban sülh danışıqlarının davam etdiyini deyib.

“Biz Amerikanın ən uzun sürən müharibəsinə son qoymaq və əsgərlərimizi geri gətirmək üçün çalışırıq” deyə Tramp bildirib. “Mən Əfqanıstanda yüz minlərlə insanı öldürmək istəmirəm, onların çoxunun günahı yoxdur. Eləcə də başqa bir ölkədə hüquq-mühafizə orqanı olmaq bizim vəzifəmiz deyil" - deyə, o əlavə edib.

“Biz də Amerikanın bu müharibəni, (Əfqanıstanın) işğalını sona çatdırmasını və əfqanların öz gələcəklərinə sərbəst şəkildə özlərinin qərar verməsini istəyirik” - deyə, Taliban sözçüsü Zəbiulla Mücahid Amerikanın Səsinə bildirib. "Lakin hərəkətlərin ritorika və vədlərdən daha yüksək səviyyədə olması vacibdir" - deyə, sözçü təkid edib.

Birləşmiş Ştatlarla Taliban nümayəndələri bir ildən çoxdur təqribən 13 min Amerika əsgərinin ölkədən tədricən çıxarılmasına zəmin yaradan sülh sazişini müzakirə etməyə çalışır.//Amerikaninsesi.org

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26