Interposta.Info

Trampın yenidənqurma planları– Konqresdən

Dünya
 3-03-2017, 19:54     534

Trampın yenidənqurma planları– Konqresdən

Prezident Donald Tramp özünün Konqres qarşısında “Ölkənin vəziyyəti barəsində”ki ilk çıxışında ABŞ-dakı infrastruktur layihələr üçün bir trilyon dollar sərf olunması və miqrantların ölkəyə qəbulu sisteminin dəyişdirilməsi niyyətində olduğunu bəyan edib

BBC-nin məlumatına görə, Konqresə müraciətində Tramp deyib ki, ABŞ bundan sonra da NATO-nu qətiyyətlə dəstəkləyəcək. Prezident çıxışının əvvəlində bildirib ki, şər qüvvələrə və nifrətə qarşı mübarizədə Amerika xalqı vahiddir.

Donald Tramp öz çıxışını belə başlayıb: “Yəhudi mərkəzlərinə bu yaxınlardakı hücumlar, yəhudi qəbristanlığındakı vandalizm hadisəsi və Kanzas-Sitidəki atışma bizə siyasi məsələlərdə bölünmüş ölkə ola biləcəyimizi xatırladır. Lakin biz nifrətin və qəddarlığın istənilən formalarını yaxın buraxmayan vahid bir xalq olaraq qalırıq. Bizim müttəfiqlərimiz, Amerikanın digər ölkələri yenidən öz ardınca aparmağa hazır olduğunu görürlər”. Onun sözlərinə görə, bu andan sonra ABŞ tarixinin yeni dövrü başlanır.

ABŞ prezidenti çıxışında seçki kampaniyası zamanı özünün irəli sürdüyü başlıca tezislərini təkrar etdi. Tramp hesab edir ki, öz administrasiyasının qarşısında dayanan mühüm tapşırıq, ölkənin təhlükəsizliyinin təmin edilməsi, cinayətkarlıqla mübarizə və yeni iş yerlərinin yaradılmasından ibarətdir.

Tramp növbəti dəfə ABŞ-ın cənub sərhədlərində divar tikintisi barəsində danışıb, amma o bu tikintinin xərclərinin Meksikanın ödəyəcəyi haqqında heç bir söz deməyib. Prezidentin fikrinə görə, ABŞ miqrantların qəbulundakı strukturu dəyişməlidir. Keyfiyyətsiz işçı qüvvəsinin ölkəyə girişinə məhdudiyyətlər qoyulmalı və yüksək keyfiyyətli peşəkar mütəxəssislərin cəlbinə çalışılmalıdır.

Donald Tramp Avstraliyanın miqrant siyasətini nümunə göstərərk birdirib ki, ölkəyə iqtisadiyyatın ehtiyacı olduğu işçilər gəlməlidir.

Tramp bu barədə deyib: “Bu cür sistem bizə xeyli dollara qənaət etməyə, məvacibləri qaldırmağa, immiqrant ailələri də daxil olmaqla, kasıb ailələrə yardım göstərməyə və onların orta sinif səviyyəsinə yüksəlməsinə və əsl xöşbəxtliyə çatmalarına imkan verəcək”.

Prezident Konqresdən özünün infrastruktur layihələrinə trilyon dollar investisiya qoymaq planının dəstəklənməsini istəyir. “ABŞ Yaxın Şərqdə demək olar ki, altı trilyon sərf edib, bu zaman isə bizim evdəki infrastruktur dağılır. Həmin bu altı trilyona biz bütün ölkəmizi iki dəfə, bəlkə də üç dəfə yenidən qurardıq. Ümummili yenidənqurmanın başlanması üçün mən Konqresdən ABŞ infrastrukturuna bir trilyon dollarlıq investisya qoyulması layihəsinin təsdiqlənməsini xahiş edirəm. Bu layihələrin maliyyələşməsi ictimai və özəl olacaq və beləliklə də milyonlarla yeni iş yerləri yaranacaq”.

Tramp, həmçinin söyləyib: “ABŞ iki dünya müharibəsindən sonra yaranan və faşizm ilə kommunizmə qalib gələn NATO-nu tamamilə dəstəkləyəcək. Biz dünya siyasətinin aktiv iştirakçısı olmalı və biz NATO-nu dəstəkləməliyik. Amma bizim müttəfiqlərimiz öz maliyyə öhdəliklərini yerinə yetirməlidirlər”.

Tramp söz verib ki, orta sinif üçün vergiləri azaldaraq, əvvəlki administrasiyanın təşəbbüsü olan və “Obamacare” adlandırılan ümumi tibbi sığorta sistemindən imtina edəcək. Tramp hesab edir ki, Obamanın islahatları uğursuzluğa düçar olub və o yeni islahatlar təklif edir.

Bu barədə Tramp deyib: “İslahatlar vətəndaşlara daha çox seçim imkanı təqdim edəcək. Məsrəflər azalacaq və tibbi xidmətin keyfiyyəti yüksələcək. Tibbi sığortanın qiymətini aşağı salmaq lazımdır və biz bunu etməyə hazırlaşırıq”.

Yaranmış ümumi ənənəyə görə ölkənin yeni seçilmiş prezidenti fevral ayının sonunda “Ölkənin vəziyyəti barədə” (State of The Union Address) Konqresə müraciətlə çıxış edir və bu əsas etibarıyla yeni dövlət başçısının gələcək siyasətinin istiqamətlərinə həsr olunur.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26