Interposta.Info

Dünyada ilk dəfə: Kəşfiyyat xidməti tətilə başladı

Dünya
 11-12-2017, 12:16     9 600

Sloveniyanın Kəşfiyyat və Təhlükəsizlik Agentliyinin işçiləri tətilə çıxıblar.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, ictimaiyyət iş şəraitinin yaxşılaşdırılması və maaşlarının qaldırılmasını tələb edən işçilərin bu addımından daxili işlər və yerli idarələr naziri Boris Koprivnikarın açıqlamasından sonra xəbərdar olub.

Nazir "Kəşfiyyatçıların bu qeyri-adi addımı bizi də təəccübləndirib. Lakin qeyd etməliyəm ki, narahatlığa əsas yoxdur, kəşfiyyat xidmətinin üzvləri tətil elan etsələr də, vəzifələrini minimum səviyyədə də olsa, icra edirlər" deyərək xalqı sakitləşdirməyə çalışıb.

Dövlət sirri olduğu üçün tətilə neçə nəfərin qatıldığı və həmin şəxslərin adları açıqlanmır.

interposta.info

Dünyada ilk dəfə: Kəşfiyyat xidməti tətilə başladı
Dünyada ilk dəfə: Kəşfiyyat xidməti tətilə başladı
Dünyada ilk dəfə: Kəşfiyyat xidməti tətilə başladı

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26