Interposta.Info

Bakı Slavyan Universitetinin müəllimləri tətilə hazırlaşır -

Ölkə
 17-03-2017, 14:00     467

Bakı Slavyan Universitetinin müəllimləri tətilə hazırlaşır -

Bakı Slavyan Universitetində iki aydır müəllimlərə maaş verilmədiyi deyilir.

interposta.info
bildirir ki, bu barədə məlumatı "Qaynar"a universitetdə dərs deyən müəllimlər veriblər.

Onların sözlərinə görə, artıq ikinci aydır ki, heç bir səbəb gətirilmədən əmək haqqlarını ala bilmirlər.

Şikayət edən müəllimlər qeyd edirlər ki, məsələ ilə bağlı bir neçə dəfə universitet rəhbərliyinə məlumat versələr də, lakin dolğun bir məlumat almayıblar.

Müəllimlər qeyd edirlər ki, Novruz bayramına kimi maaşlar verilməsə yeni aydan universitetə gəlib dərs deməkdən imtina edəcəklər.

P.S Əməkdaşımız məsələ ilə bağlı dəfələrlə universitetə zəng edib açıqlama almaq istəsə də bu baş tutmadı.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26