Interposta.Info

Avrasiyaçıların ittiham mənbəyi Putinin Pasputinidir - Araşdırma

Dünya
 4-12-2017, 18:50     10 424

80 yaşlı sabiq kəşfiyyatçı Türkiyədəki çevrilişin mərkızi rolunda

Mustafa Akyol

“Al-Monitor” (ABŞ)

Dekabrın 1-də İstanbul Prokurorluğu Qraham Fullerin həbsinə sanksiya qərarı çıxarıb. Türk mətbuatında o, "CIA-nın sabiq əməkdaşı" və ya provakativ şəkildə "CIA casusu" kimi təyin olunub. Fuller "Türkiyə Respublikası hökumətini devirmək və Türkiyə Respublikası missiyasına maneə törətməyə cəhd”də ittiham olunur. Başqa sözlə, o, 2016-cı ilin iyul ayında prezident Rəcəb Tayyib Ərdoğanın hökuməti əleyhinə baş vermiş dövlət çevriliş təşəbbüsünə kömək etmədə suçlanır.

Gerçək dünyaya ilə əlaqəsini itirməyən hər kəs üçün bu dəhşətli iddialardır. Fuller 1980-ci illərdə həqiqətən, CIA-nın Yaxın Şərq və Cənubi Asiya üzrə zabiti kimi çalışıb. Lakin 1988-ci ildə CIA-dan təqaüdə çıxıb və “RAND Corporation” düşüncə mərkəzinin analitiki kimi fəaliyyət göstərib. 2006-cı ildə o bu işdən çıxıb və Kanadanın Vankuver şəhərinə köçüb. Saymon Freyzer Universitetinin tarix professoru kimi işə düzəlib.

Artıq 80 yaşı olan Fuller həyatını bir sıra siyasi şərh bloqu ilə yanaşı, kitablar və romanlar yazmağa həsr edib. ABŞ-da islamofobiyanın güclü tənqidçisi kimi bildirib ki, Türkiyə kimi ölkələr Vaşinqtondan müstəqil xarici siyasət hüququna malikdir. Əslində, o, Ərdoğanın hökumətlərini uzun müddət dəstəkləyib və bütün digər qərblilər kimi, Türkiyəyə daha yaxşı ümidləri olan müşahidəçilərdən biri kimi peşman olub.

Fullerin dövlət çevrilişindən sonra gülənçilərə canyanalıq bildirməsi doğrudur, amma bu, hərəkatın uğurlu ictimai əlaqələrinin nəticəsində baş verib.

Beləliklə, nə üçün Türkiyə prokurorları Kanadada yaşayan 80 yaşlı alimin Türkiyədə baş vermiş çevriliş cəhdində iştirak etdiyinə qərar veriblər?

Bu suala bir cavab Fullerin, Türkiyəyə aid CIA süjetlərinin çoxunda, sui-qəsd nəzəriyyələrində həmişə “sevimli” fiqur olmasıdır. Türk solçuları xüsusilə sərt dünyəviçilik əvəzinə, "mötədil İslamı" təşviq etməsinə görə ona nifrət edib və kürd məsələsinə dair yazıları da millətçiləri qıcıqlandırıb.

Ancaq bu dəfə Türkiyənin sui-qəsd (konspiraloji) nəzəriyyələrində baş verənlərə çox bənzər bir qaynaq var: ultramilliyyyətçi rusiyalı intellektual Aleksandr Dugin, evdə və xaricdə Putin rejiminin əsas ideoloqu və ya "Putinin Rasputini". Fuller haqqında həbs qərarının verilməsindən bir həftə əvvəl Dugin Moskvadakı hökumətpərəst türk kanalına çıxıb və Rus kəşfiyyat orqanlarının "CIA casuslarının uğursuz çevriliş təşəbbüsünü hazırladığına dair konkret dəlilləri" olduğunu söyləyib. Həm də qürurla əlavə edib ki, bu "konkret dəlillər" türk səlahiyyətlilərinə təqdim olunub.

Rus kəşfiyyatının türklərə tam nə təqdim etdiyi bilinmir. Amma 2016-cı ilin avqustunda sağçı Rusiya düşüncə quruluşuna müsahibəsində Almaniyadakı amerikalı konspiroloq F. Uilyam Enqdalın nə dediyi bəllidir: "CIA Milli Kəşfiyyat Şurasının sabiq sədr müavini, Qraham E. Fuller çevriliş baş verən gecə İstanbuldan 20 dəqiqə uzaqlıqdakı Şahzadə adalarında idi, çevriliş iflasına qədər bütün hadisələri izləyirdi".

Lakin real dünya faktlar göstərir ki, Fuller çevriliş zamanı bu ada yox idi; son beş ildə Türkiyəyə səfər etməyib və 2016-cı il 15 iyul gecəsi 100 nəfərlik qrupun əhatəsində olub. Ancaq başqa bir amerikalı alim – Henri Barki o gecə həqiqətən, Böyükada olub – Şahzadə adalarından birində. Həmin adada, oteldə akademik bir seminar keçirilib və mövzu İranın regional roluna həsr edilib. Barki “The New York Times” qəzetinə açıqlamasında deyib ki, "Türkiyənin hökumətpərəst mətbuatı komporoloji nəzəriyyələrə əsaslanıb" və həmin konfransı "iyrənc toplantı" adlandırıb.

Fullerin bu ssenariyə cəlb olunması Rusiya-Türkiyə birgə istehsalı kimi görünür. Ən azı Türkiyənin hökumətyönlü mətbuatı bu məsələ ilə bağlı "konkret məlumatları" Duginin TV müsahibəsinə əsaslanır. Eyni zamanda, həmin müsahibədə Dugin çevrilişin qərargahından biri olaraq Türkiyənin cənubundakı İncirlik hərbi bazasını göstərib və Türkiyəni Birləşmiş Ştatlarla ittifaqa yenidən baxmağa çağırıb.

Bütün bunlar çevriliş təşəbbüsündən sonra baş verən Türkiyəyə "Rusiyanın müdaxiləsi"nin bir çox nümunəsindən yalnız biridir. Rus təbliğat mənbələri artıq paranoyak dəlillərlə Türkiyəyə inandıraraq onu Qərbdən daha da uzaqlaşmağa çalışır.

Digər nümunələrə biri guya çevrilişi təşkil edən "CIA-nın Troya atı" – sabiq ABŞ səfirinin, yazdığı saxta məqalədir. Digər “dəlil” guya Zbiqnev Bzejinski tərəfindən yazılan saxta məqalədir. Həmin məqalədə CIA Türkiyədə uğursuz çevriliş təşəbbüsünün "ağır xətası"na görə məzəmmət olunur.

Rus təbliğatçıları bu mesajlarla Türkiyə ictimaiyyətini və hökumətini təchiz edir, köhnə marksistlərdən, dönmüş millətçilərdən ibarət Türkiyədəki "rus lobbisi" isə bu məlumatları gücləndirir. Bürokratiyaya və kütləvi informasiya vasitələrinə yüksəlmiş bu "avrasiyaçılar" Qərblə tam şəkildə ayrılmağa çağırırlar: Türkiyənin cənubundakı Amerika hərbi bazası ləğv edilməli, NATO-nu tərk olunmalı, Avropa Birliyi ilə bütün əlaqələri kəsilməli və nəticədə, Türkiyə, “Soyuq müharibə” dövründə deyildiyi kimi, "rus peykinə" çevrilməlidir.

Üstəlik, Türkiyənin özü rus variantını getdikcə cazibədar edən bir mükəmməl fırtınadan keçir. Gülənçilərin çevrilişdə iştirakı mif deyil və Ankara baş verənlər qanunauyğunluqdur. Amma Türkiyənin çevrilişə son dərəcə kobud və qəddar təpkisi – cadugər ovuna çevrilmiş sonsuz təmizlənmələr – Türkiyənin iddiasını daha inandırıcı edir. Bu, gülənçilərin Qərbdə hələ də sərbəst şəkildə fəaliyyət göstərməsinə kömək edir və bu, türkləri gülənçilərin Qərb dükanlarının kuklalarından başqa bir şey olmadığına daha çox inandırır.

Bütün bunlardan başqa, gülənçilərin 2013-cü ilin dekabrında Ərdoğan hökumətinə qarşı başladılan "siyasi motivli korrupsiya istintaqı" indi qismən Nyu-Yorkda davam edir,

Rusiya, şübhəsiz, Türkiyəni Qərbdən uzaqlaşdıran kompleks dinamika yaratmadı. Ancaq Rusiya, əlbəttə, vəziyyətdən istifadə edir. Ekspertlər Henri Meyer və Onur Ant “Bloomberg”dəki məqalədə rusların əsas məqsədinin "Türkiyəni NATO-dan uzaqlaşdırmaq və İranı da əhatə edən" Rus-İslam paktını "yaratmaq" olduğunu yazıblar. Müəlliflər bildirir ki, bu, Putinin "ABŞ-ın başçılıq etdiyi qlobal nizamı dəyişmək" planıdır.

Ümumiyyətlə, bütün bunları narahat edən ABŞ-ı görmək istərdiniz. Amma ABŞ rəhbərliyi nə gələcək qlobal nizamı, nə də onun artan rus təsirindən narahatdır. Buna görə də o, çox mükəmməl fırtınadır. Onun ortasında liberal Qərbin bir hissəsi olmağına dair təxminən iki əsrlik istəklərindən hər gün daha da uzaqlaşan Türkiyə, qeyri-liberal Şərqin məchul suları axır.
Tərcümə: Strateq.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26