Interposta.Info

Rusiyada xaricdən maliyyələşən KİV-in fəaliyyəti dayandırılır -

Dünya
 15-11-2017, 18:48     9 843

Rusiya Dövlət Duması xaricdən maliyyələşən Kütləvi İnformasiya Vasitələrinin casus elan olunmasını nəzərdə tutan qanunu qəbul edib.

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, sənəd xarici ölkələrdə qeydiyyatdan keçmiş, Rusiya ərazisində hüquqi öhdəlik daşımayan kütləvi informasiya vasitələrinə şamil olunur.

Qanuna əməl olunmasına nəzarəti Ədliyyə Nazirliyi həyata keçirəcək.

Qeyd edək ki, sənədin qəbul edilməsi Rusiyaya aid telekanalların ABŞ ərazisində yayımının dayandırılması ilə bağlı rəsmi Vaşinqtonun təşəbbüsünə cavab xarakteri daşıyır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26