Interposta.Info

Avropa Parlamentində

Dünya
 11-11-2017, 08:03     10 523

Avropa Parlamentində “Münaqişə zonalarında qadınların monoloqu“ mövzusunda konfrans və virtual foto sərgi keçiriləcək.

“Report”un Fransa bürosu məlumat verir ki, tədbir Avropa Parlamenti üzvləri Kərim Sajjad və Heidi Hautalanın himayəsi ilə 7 dekabr tarixində Brüsseldə, Avropa Parlamentinin binasında baş tutacaq. Konfrans və sərgi Dağlıq Qarabağ, Kəşmir və Rohingya münaqişələrinə həsr ediləcək.

Tədbirin məqsədi davamlı sülhün yaradılmasında qadınların yaxından iştiraklarının əhəmiyyətini nümayiş etdirməkdir. Şəkillər vasitəsi münaqişə qurbanları olmuş qadınların və uşaqların acı taleləri, üzləşdikləri faciələr zəminində yaşadıqları kədər dolu anlar dünya ictimaiyyətinə çatdırılacaq. Tədbirdə qadın və uşaqların münaqişələr zamanı yaşadıqları fəlakətlərlə yanaşı, onların insan təhlükəsizliyinin yaradılması və qorunması üçün malik olduqları potensiallardan danışılacaq. Qadınların və uşaqların yalnız münaqişə zəminində deyil, həmçinin münaqişədən sonra üzləşdikləri ağrılı və çətin anlar əks olunacaq.
Sərgidə Gambarov Rafiq, Ismayılov Mahammad, Litvin Oleg, Rahman Anisur, Babayev Elnur, Asgerov Khalid, Siddiqui Danish, Hasanoglu Mirnaibin foto şəkilləri nümayiş etdiriləcək.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26