Qırğızıstanda 3 mədənçi öldü
Qırğızıstanın cənubunda yerləşən Batken vilayətindəki mədəndə 3 nəfər dəm qazından ölüb
interposta.info respublikanın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ölənlərin hamısı yerli sakinlərdir. Onlar təqribən 90 metr dərinlikdə dəm qazından zəhərlənib.
Onların cəsədləri mədəndən çıxarılıb və hüquq-mühafizə orqanlarına təhvil verilib. İlkin məlumata görə, ölən şəxslər qanunsuz kömür hasilatı ilə məşğul olublar.
Hadisənin təfərrüatları araşdırılır.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26