Interposta.Info

Ankara meri istefaya gedir

Dünya
 24-10-2017, 14:40     10 339

Ankara şəhərinin meri İbrahim Melih Gökçek şənbə günü Şəhər Şurasının növbədənkənar iclasında istefa verəcəyini elan edəcək.

interposta.info-ın xəbərinə görə, o, bu barədə öz Twitter hesabında yazıb.

“İnşallah şənbə günü Ankara Şəhər Şurasının növbədənkənar iclasını toplayacam, Şura üzvləri ilə vidalaşacam və istefa verəcəm”, - M.Gökçək yazıb.

Qeyd edək ki, bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara merini istefa verməyə çağırıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26