Ankaranın yeni meri seçilib
Türkiyənin paytaxtı Ankaranın yeni merinin kimliyi məlum olub.
interposta.info-ın Trend-ə istinadən məlumatına görə, bu vəzifəyə hakim Ədalət və İnkişaf Partiyasından (AKP) Mustafa Tuna seçilib.
O, 2009-2014-cü illərdə Ankaranın Sincan rayonunun bələdiyyə başçısı olub. Qeyd edək ki, bir neçə həftə əvvəl Ankara meri İbrahim Melih Gökçek istefaya yollanmışdı.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26