Interposta.Info

Ankara dərin siyasi dəyişikliklər ərəfəsində:

Dünya
 6-10-2017, 07:29     10 405

Bu dəqiqələrdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara şəhərinin meri Melih Gökçekle prezident sarayında görüşməkdədir.

Musavat.com-un Türkyiə mediasına istinadən verdiyi xəbərə görə, AK Parti qurultayında yenidən sədr seçilən prezident partiya daxilində vəd etdiyi dəyişiklikləri bir-bir həyata keçirməkdədir.

Sentyabr ayının 22-də İstanbul şəhərinin meri Kadir Topbaşın istefasından sonra digər bələdiyyə başqanlarının da onun arxasınca gedəcəyi mətbuatda uzun müddətdən bəri anons edilirdi. Bunların başında isə məhz Ankara böyük şəhər bələdiyyə başqanı Melih Gökçekin adı keçirdi.
Xatırladaq ki, Türkiyə prezidentinə İran səfəri öncəsi Melih Gökçekin vəzifəsindən gedəcəyi ilə bağlı sual veridiyi zaman o, “hazırda bu məsələ gündəmdə deyil. Lakin bunun baş verməyəcəyini də istisna etmək olmaz”, deyə cavab verərək əslində mövqeyini ortaya qoymuşdu.

İndi media mənsubları görüşmənin nəticəsini maraqla gözləyirlər.

Prezidentin Melih Gökçekdən başqa Balıkesir bələdiyyə başqanı Edip Uğurla da görüşdüyü gələn xəbərlər arasındadır.

Qeyd edək ki, Melih Gökçek də Tayyib Ərdoğan kimi, 1994-cü ildə Rifah partiyasından şəhər meri seçilib. Gökçek Rifah partiyasının davamı sayılan Fazilet partiyasının parçalanmasından sonra Ərdoğanın tərəfinə keçib və bu vaxta qədər onun Ankara böyük şəhər bələdiyyə başqanlığına dəyişməz namizədi olub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26