Interposta.Info

Çində müsəlmanlara Quran qadağası - Polis evlərə basqın edir

Dünya
 10-10-2017, 21:02     7 580

Çinin Sinçzyan əyalətində polis uyğurlara qarşı yeni qadağalar tətbiq etməyə başlayıb.

interposta.info bildirir ki, BakuPost.az xarici KİV-ə istinadən xəbər verir ki, müsəlmanlara evlərindəki Quran kitabı və canamaz xalçalarını təhvil vermələri əmr olunub. Bildirilib ki, sözügedən əşyaları evində saxlayanlar qanunu pozmuş hesab olunaraq ağır cəzalandırılacaqlar. Qərara görə, etnik azlıqlardan olan müsəlman ailələr Quran və dini kitabların surətlərini, İslam dininə məxsus digər atributları könüllü təhvil verməlidir, əks təqdirdə onların evində axtarış aparılmasına göstəriş verilə bilər.

Uyğurların Ümümdünya Konqresinin spikeri Dilhət Raksit da faktı təsdiqləyərək, məhəllə və məscidlərə hakimiyyət orqanları və polisdən tapşırıq verildiyini bildirib.

Çin hökuməti bunun qanunsuz dini təbliğat, dini fəaliyyət və radikal islamla mübarizə məqsədilə aparıldığını bəyan edib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26