Interposta.Info

Diktator arvadının sirr dolu gizli həyatı –

Dünya
 3-10-2017, 15:23     9 636

2012-ci ildə Şimali Koreya lideri Kim Çen İnin həyat yoldaşı olaraq mediada adı hallanan Ri Sol Yu haqqında çox az məlumat yayılıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Cənubi Koreya kəşfiyyatının məlumatlarında Sol Yunun 1979-cu ildə doğulduğu və 3 uşaq anası olduğu bildirilir.

Kim ilə Rinin evləndiyi tarixlə bağlı bəzi iddialar ortaya çıxıb. Bəziləri onların 2009-cu ildə evləndiyini, digərləri isə cütlüyün 2010-cu ildə klassik musiqi konsertində tanış olduqlarını deyirlər.

Cütlüyün ilk 2 uşağının qız olduğu və varis üçün Rinin üçüncü dəfə hamilə qaldığı bildirilir. Son vaxtlar Rinin görünməməsi onun oğul anası olması ilə əlaqələndirilir.

Məlumatlarda Rinin musiqi təhsili alıdğı deyilir. Həmçinin, onun bahalı çanta kolleksiyası topladığı da bildirilib.

Onun evlilikdən öncəki həyatı ilə bağlı heç bir məlumat yoxdur.

interposta.info
Diktator arvadının sirr dolu gizli həyatı –
Diktator arvadının sirr dolu gizli həyatı –
Diktator arvadının sirr dolu gizli həyatı –
Diktator arvadının sirr dolu gizli həyatı –
Diktator arvadının sirr dolu gizli həyatı –

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26