Interposta.Info

Çin və Şimali Koreya mediası Kim Çen İnin səfərini təsdiqlədi

Dünya
 28-03-2018, 10:58     10 458

Bir neçə gün davam edən şayiələrdən sonra Çin və Şimali Koreya mediası Şimali Koreya lideri Kim Çen İnin Çinə səfərini təsdiq edib.

"XeberBiz" BBC-yə istinadən xəbər verir ki, Kim Çen İn Çin prezidenti Si Szinpin ilə görüşüb. 2011-ci ildə hakimiyyətə gələn Kimin bu səfəri onun ilk xarici ziyarəti hesab olunur. Liderlər Pekində bir araya gəliblər. Bu görüş Şimali Koreyanın Cənubi Koreya və ABŞ-la görüşünə hazırlıq məqsədi daşıyır. Kim Çen İn danışıqlar zamanı nüvə silahından imtina barədə düşündüyünü dilə gətirib.

Dünya mediası bir neçə gün idi ki, Pekinə gələn sirli qatar barədə söz açır, Kim Çen Inın gəlişi barədə iddialar irəli sürürdü. Səfərlə əlaqədar Pekində ciddi təhlükəsizlik tədbirləri təşkil edilmişdi.

Qeyd edək ki, Şimali Koreya və Cənubi Koreya liderləri apreldə bir araya gələcəklər. Kim Çen İn və ABŞ prezidenti Donald Trampın görüşü isə may ayına planlaşdırılıb.

interposta.info
Çin və Şimali Koreya mediası Kim Çen İnin səfərini təsdiqlədi
Çin və Şimali Koreya mediası Kim Çen İnin səfərini təsdiqlədi Çin və Şimali Koreya mediası Kim Çen İnin səfərini təsdiqlədi

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26