Interposta.Info

Şimali Koreya lideri ilə bağlı inanılmaz iddia: “Ölkədən qaçmağa hazırlaşır…” - FOTO

Ölkə
 1-03-2018, 19:43     10 478

Şimali Koreya lideri Kim Çen İn haqqında yeni ağlasığmaz bir iddia yayılıb.
interposta.info bildirir ki, musavat.com dünya mətbuatına istinadən xəbər verir ki, Kim Çen İn 1990-cı ildə Qərb ölkələrini gəzmək üçün saxta pasportdan istifadə edib. Məlumata görə, o, atası ilə Braziliya vətəndaşı kimi saxta pasportlarla Qərb ölkələrinə səfər edirmiş.

Araşdırmalara görə, Kim Çen İn və atası həmin dövrdə Braziliya pasportları ilə xarici səfirliklərdən viza almağa cəhd edib. İddialara görə, Şimali Koreya lideri ölkənin qarışmasından ehtiyat etdiyi üçün belə bir addım atıb.

Təcili vəziyyətlərdə ölkədən qaçmaq üçün o, özünə saxta pasport düzəldib. Ən azı iki qərb ölkəsinə müraciət etdiyi bildirilən pasportlara vizanın verilib-verilmədiyi isə hələ də məlum deyil. Məsələ ilə bağlı Braziliya xarici işlər naziri araşdırmalara başlayıb.

Braziliya təhlükəsizlik orqanları da bu pasportların ölkədə baş verə biləcək təhlükəli hadisələr zamanı qaçmaq üçün hazırlandığını düşünür.

Əlavə olaraq onu da qeyd edək ki, 1990-cı ildə Şimali Koreya lideri Kim Çen İnin 12-13 yaşı olub. O, İsveçrənin paytaxtı Berndə beynəlxalq bir orta məktəbdə təhsil alıb.

Şimali Koreya lideri ilə bağlı inanılmaz iddia: “Ölkədən qaçmağa hazırlaşır…” - FOTO

Şimali Loreya lideri Kim Çen In-ə aid olduğu iddia edilən pasport

Şimali Koreya lideri ilə bağlı inanılmaz iddia: “Ölkədən qaçmağa hazırlaşır…” - FOTO

Şimali Koreya lideri Kim Çen İnin atasına adi olduğu iddia edilə pasport

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26