ATV-də tanış olub evlənən məşhur cütlüklər - SİYAHI+FOTO
"İnterPosta" Big.az-a istinadən ATV telekanalında tanış olub evlənən məşhur cütlüklərin siyahısını təqdim edir:
ATV-nin məşhur aparıcısı İlkin Həsəni də həyat yoldaşı ilə işdə tanış olub. O, ATV-nin əməkdaşı Aysel xanımla ailə həyatı qurub. Cütlüyün toyu 2017-ci ildə baş tutub. İlkinlə Ayselin bu evlilikdən Alisa adlı qızları var.![]()
“Bozbash pictures”in Şöşüsü – aktyor Ramil Babayev də xoşbəxtliyi işdə tapan məşhurlardandır. Aktyor həyat yoldaşı Nigar xanımla ATV-də tanış olub. Nigar xanım "Bizim səhər" verilişinin əməkdaşı olub. O, ATV-də bir il işləyib. Ramillə ailə həyatı qurduqdan sonra isə işləməyib. Cütlüyün bu evlilikdən 2 qızları var.![]()
"Bozbash pictures"in "Fəlakət"i, sevilən aktyor Elşən Orucov İlahə adlı xanımla həyatını birləşdirib. Onun həyat yoldaşı televiziya əməkdaşıdır, reklam şöbəsində işləyir.![]()
ATV-nin aparıcısı Jalə Həsənli də həyat yoldaşı ilə telekanalda tanış olub. Jalənin həyat yoldaşı "ATV-səhər"in layihə rəhbəri olub.![]()
Bir vaxtlar ATV-də işləyən aparıcı Samirə Mustafayeva 2006-cı ildə Xəbərlər Departamentinin rəhbəri Vaqif Aydınoğlu ilə telekanalda tanış olub ailə həyatı qurmuşdu. Lakin cütlüyün münasibəti hazırda boşanma ilə nəticələnib. Onların Nuran adlı bir qızları var.![]()
Aparıcı Aytən Əliyeva da həyat yoldaşı Namiq Əliyevlə ATV-də tanış olub. O, aparıcı həyat yoldaşı ilə “Son xəbər” layihəsində çalışarkən münasibətə başlayıb. Cütlüyün evliliklə nəticələnən münasibətindən Məhəmməd adlı bir oğulları var.![]()
ATV telekanalında yayımlanan “Vicdan haqqı” serialının sevilən aktyorları Ülviyyə Xəlilbəyli və Murad İsmayılın da münasibəti elə iş yerində başlayıb. Telekanalda tanış olub nişanlı cütlük toya hazırlaşır.![]()
ATV-ni Zaur və Günaysız təsəvvür etmək çətindir. Sevimli cütlük telekanalda tanış olub ailə qurub. Onların bu evlilikdən Dilavər adlı qızları var.![]()
“Yeni Ulduz” mahnı müsabiqəsinin iştirakçılarından olan müğənni Elvin Abdullayev və ATV telekanalında yayımlanan “Şarm” verilişinin rejissoru Afət Mehdiyeva ilə ailə həyatı qurub. Onların bu evlilikdən 2 oğlu var.![]()
İdmançı Kamil Zeynallı ilə həyat yoldaşı Gülay da ATV telekanalında tanış olub. "Xalq ulduzu" yarışmasının iştirakçısı olan Gülay həmin telekanalda yayımlanan verilişlərdə fitnes dərsləri keçən Kamil Zeynallı ilə 2010-cu ildə ailə həyatı qurub. ![]()
Aparıcı Vüsalə Əlizadə ilə Azər Zahid də ATV-də tanış olub evlənən cütlüklərdən olub. Lakin hazırda boşanan cütlüyün bu evlilikdən Dilək adlı qızları var.
GoldMedia.Az![]()
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26

