Interposta.Info

Barselona əhalisi ayağa qalxdı:

Dünya
 27-08-2017, 07:28     10 475

İspaniyanın Barselona şəhərinin Qrasia küçəsində minlərlə şəxs nümayiş edərək “Qorxmuram” yazılan plakat qaldırıb.

Axar.az xəbər verir ki, nümayişdə təhlükəsizlik və səhiyyə işçiləri, eyni zamanda müsəlman dərnəklərindən yüzlərlə şəxs iştirak edib.

Nümayişin sonunda iştirakçılara 70 min gül paylanılıb və “Ən yaxşı cavab sülh”, “İslamafobiyaya yox”, “İslam sülhdür” şüarları səsləndirilib.

Qeyd edək ki, 17 avqustda Barselonada törədilən terror aktı nəticəsində 15 nəfər ölüb, 100-dən çoxu isə yaralanmışdı.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26