Interposta.Info

İspaniyada terror aktı ilə əlaqədar 4-cü şübhəli şəxs saxlanılıb

Dünya
 18-08-2017, 18:07     10 475

Kataloniya polisi Barselona və Kambrils şəhərlərində törədilmiş terror aktları ilə əlaqədar 4-cü şübhəli şəxsi saxlayıb.

Bu barədə "Report" "Reuters" agentliyinə istinadən xəbər verir.

Kataloniyanın təcili yardım xidmətinin "Twitter" səhifəsində isə terror aktları ilə əlaqədar həlak olanların sayının 14-ə çatdığı barədə məlumat yerləşdirilib. Məlumata görə, Kambrils şəhərindəki hücum zamanı güllə yarası alan qadın xəstəxanada keçinib.

Kataloniya hökumətinin səhiyyə üzrə müşaviri Anthoni Komin "Catalunya Ràdio" radiostansiyasına verdiyi müsahibədə Barselonadakı terror hücumları nəticəsində yaralananların sayının 130-a çatdığını bildirib.

Onun sözlərinə görə, xəsarət alanların 16 nəfərinin vəziyyəti ağırdır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26