Interposta.Info

Prezident nazir müavininə əsəbləşdi -

Dünya
 17-08-2017, 07:26     10 515

Rusiya lideri Vladimir Putin Kremldə keçirilən toplantı zamanı Maliyyə nazirinin müavini Andrey İvanovu danlayıb.

Axar.az xəbər verir ki, toplantı zamanı Kreml rəhbəri İvanovdan rublla gömrük vergisinin hesablanması barədə hansı işlərin görüldüyünü soruşub.

Nazir müavini isə işlərin hələ də davam etdiyini və biraz çətinliklərin olduğunu bildirib.

Bu cavabı alan Putinin əsəbiləşdiyi hiss edilib:

“Məsələ bu qədərmi çətindir? Problem yoxdursa, həll edin”.

Prezidentin reaksiyasını görən İvanov işlərin tez bir zamanda yekunlaşacağını bildirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26