Interposta.Info

Putindən Peskova: "Bütün toplantı boyu yatmısan"

Dünya
 8-01-2017, 09:11     767

Putindən Peskova: "Bütün toplantı boyu yatmısan"
Kreml sözçüsü Dmitri Peskov Rusiya dövlət başçısı Vladimir Putinin bir sualına cavab verə bilmədiyini ilk dəfə etiraf edib.

Axar.az xəbər verir ki, Peskov rus liderlə aralarında keçən maraqlı dialoqu ölkə televiziyalarından birinə danışıb.

“Bəzən konfranslarda diqqətimi toplamaq üçün gözlərimi yumuram. Belə təsəvvür edin ki, klassik musiqi dinləyirsiniz... Bir gün Federasiya Şurasının toplantısı zamanı operator məni gözlərim bağlı olan zaman lentə aldı. Həmin toplantıda Putin çıxış edirdi. Toplantıdan təxminən 2 saat sonra Putinə mənə zəng edib: “Dmitri Sergeyeviç, çıxış zamanı intonasiyam və vurğum necə idi?” deyə soruşdu. Mən də: “Vladimir Vladimiroviç, məncə doğru hədəf və kütlələrə ötürülən mesaj idi”.

Ani səssizlikdən sonra Putin soruşdu: “Dmitri Sergeyeviç, siz haradan bilirsiniz?” Bu an mən nə edəcəyimi bilmədim. Həyəcanlı şəkildə dodağımın altında mırıldanmağa başladım. Putin isə belə davam etdi: ”Siz ki bütün toplantı boyu yatırdınız”, - deyə Peskov baş verən maraqlı olayı nəql edib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26