Interposta.Info

Obama tarixi rekorda imza atdı -

Dünya
 16-08-2017, 13:41     9 992

Sabiq ABŞ prezidenti Barak Obamanın Şarlotesvildə baş verən şiddətli olaylarla bağlı atdığı tvit rekord həddə bəyənilib.

Axar.az xəbər verir ki, Obamanın 3 hissədə paylaşdığı tvitlər 1.2 milyon dəfə paylaşılıb, 3 milyon dəfə bəyənilib.

“Heç kimsə doğulandan başqasının dərisinin rənginə, keçmişinə və ya dini inancına görə ona nifrət etmir. İnsanların nifrət hissini öyrənməyi lazım olur. Və əgər onlara nifrət öyrədilirsə, sevgi də öyrədilə bilər. Çünki sevgi insan qəlbinə nifrətin əksinə olaraq təbii formada daxil olur”, - Obama qeyd edib.

Qeyd edək ki, Obamanın paylaşdığı cümlələr Nelson Mandelaya aiddir.

interposta.info
Obama tarixi rekorda imza atdı -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26