Interposta.Info

İran ordusunda şok:

Dünya
 7-08-2017, 19:00     10 422

İranın paytaxtı Tehranda bir əsgər generalı güllələyib.

Avropa.info xarici KİV-ə istinadən xəbər verir ki, hadisə paytaxtdan cənubda yerləşən hərbi aviasiya qüvvələri komandanlağına məxsus Kəhrizək atəş meydançasında baş verib.

Əsgərin açdığı atəş nəticəsində bir nəfər general olmaqla, 5 hərbçi ölüb, 8 əsgər yaralanıb. İlkin ehtimala görə, atəş açan əsgərin silahı onun nəzarətindən çıxıb, yaxud hadisə onun qəzəblənməsi nəticəsində baş verib.

“Mehr” xəbər agentliyinə müsahibə verən Kəhrizək mahal Məclisinin sədri Məhəmməd Haşimi isə hadisənin Sistan-Bəlucistandan olan əsgərin silahlı hücumu ilə meydana gəldiyini deyib.

Qeyd edək ki, iyul ayında Qəzvin əyalətindəki hərbi hissədə bir əsgərin atəş açması nəticəsində 3 əsgər ölüb, 5 hərbçi yaralanmışdı.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26