Interposta.Info

"Türkiyənin bu seçimi ABŞ-ın Rusiyaya məğlubiyyətidir"

Dünya
 24-07-2017, 21:55     10 382

Türkiyənin S-400 seçimi ABŞ-ın Rusiyaya məğlubiyyəti demək olacaq.

Axar.az xəbər verir ki, bu açıqlama ilə edən "Natsionalnaya Oborona" jurnalının baş redaktoru İqor Korotçenko çıxış edib.

Türkiyənin Rusiyadan S-400 almasını şərh edən rusiyalı mütəxəssis belə hesab edir ki, ABŞ-ın narahatçılığı üçün hər cür əsas var. Bu seçim ABŞ-ın Rusiya ilə rəqabətində uduzan tərəf olduğunu göstərir.

Qeyd edək ki, ötən gün ABŞ Baş Qərargah rəisi Cozef Danford açıqlamasında Türkiyənin Rusiyadan S-400 hava müdafiə sistemi aldığına dair xəbərlərin həqiqəti əks etdirmədiyini, bunun reallaşacağı halda isə ABŞ üçün narahatlıq yaranacağını söyləyib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26