Interposta.Info

Şoyqudan kritik Bakı görüşü açıqlaması:

Dünya
 16-02-2017, 13:49     753

Şoyqudan kritik Bakı görüşü açıqlaması:

Biz Pentaqondan Rusiya ilə “güc diliylə danışmaq” açıqlamasına aydınlıq gətirilməsini gözləyəcəyik.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Müdafiə naziri Sergey Şoyqu söyləyib.

O, Pentaqondan açıqlamanı Bakıdakı görüşdə gözlədiklərini bildirib:

“Bu gün Bakıda ABŞ-ın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Cozef Danford və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasındakı görüşdə Pentaqonun öz mövqeyini aydınlatmasını gözləyəcəyik. Biz Pentaqonla əlaqələrimizi bərpa etməyə hazırıq. Rusiyaya münasibətdə güc diliylə dialoqdan istifadə edilməsi cəhdinin perspektivi yoxdur”.

Qeyd edək ki, dünən ABŞ Müdafiə naziri Ceyms Mettis NATO-nun Rusiya ilə güc diliylə danışmalı olduğunu bildirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26