Interposta.Info

Superdövlət generallarının

Siyasət
 16-02-2017, 14:03     683

Superdövlət generallarının

ABŞ və Rusiya Baş Qərargah rəislərinin Bakıda görüşmək istəməsi həqiqətən gözlənilməz və hətta deyərdim ki, orijinal fikirdir.

Bu sözləri Axar.az-a açıqlamasında gürcü politoloq Gela Vasadze söyləyib. O, bu görüşün Bakının önəmini ifadə etdiyini bildirib:

“Görüş yerinin seçilməsi ilə bağlı, əlbəttə ki, müəyyən məntiq var. Bu yeri, xüsusilə, amerikalıların özləri seçib. Tramp administrasiyası belə bir addımla Amerikanın hər yerdə öz mövqelərini təhvil verib, təcridedici siyasətə keçəcəkləri ilə bağlı ümidlərin sadəlövhlük olduğunu göstərməyə çalışacaq. Amerika dünyanın kapitanı olmaqda davam edir. Bu da o deməkdir ki, Vaşinqton hər şeylə, o cümlədən, Cənubi Qafqazın da daxil olduğu böyük Yaxın Şərqlə işi var. Bu mənada Bakı seçimi alternativsizdir. Aydın səbəblərə görə nə Tiflis, nə də İrəvan görüş üçün mərkəz ola bilərdi. Bundan başqa, Bakı postsovet, türk dövlətinin paytaxtıdır və əhalisinin böyük hissəsini müsəlman şiələr təşkil edir. Yəni bu ərazi Yaxın Şərqin, daha konkret desək, Suriyanın taleyini müzakirə etmək üçün çox gözəl məkandır. Görüşdə əsasən Suriya ilə bağlı danışıqların aparılacağı, məncə, heç kimdə şübhə yaratmayacaq. Belə seçimin gerçəkləşdirilməsini amerikalılara ABŞ-da səfərdə olan İsrail Baş naziri Benyamin Netanyahu da deyə bilərdi”.

Qeyd edək ki, bu gün Bakıda ABŞ-ın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Cozef Danford və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun görüşü keçiriləcək.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26