Interposta.Info

Türkiyə elə bir qaynaqlara sahibdir ki... -

Dünya
 18-05-2017, 07:30     834

Türkiyə regionda öz nüfuzunu genişləndirmək üçün hərbi və iqtisadi qaynaqlara sahibdir.

Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın “Natsionalnaya Oborona” (Milli Müdafiə) nəşrinin baş redaktoru İqor Korotçenko deyib.

“Bir neçə gün əvvəl İstanbulda idim. Orada 13-cü İDEF Beynəxalq Müdafiə Sənayesi məhsullarının sərgisində iştirak etdim. Əminliklə bunu deyə bilərəm: Türkiyənin bu sərgidə yüksək hərbi texnoloji baxımından sərgilədiyi silahlar məni heyran etdi. Bəlkə də bəzilərinin xoşuna gəlməyəcək. Amma yenə də deyəcəyəm. Türkiyə regionda nüfuzunu yaymaq üçün hərbi və iqtisadi qaynaqlara sahibdir. Türkiyəni zəiflətməyə çalışırlar. Amma bu elə də asan deyil. Türkiyə güclü dövlətdir. Ərdoğan əmin şəkildə hakimiyyətini davam etdirir. Xalqın böyük əksəriyyəti Ərdoğanı dəstəkləyir”

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26