Interposta.Info

“İran ən böyük təhlükədir...” –

Dünya
 18-07-2017, 12:35     462

ABŞ raket proqramı və “düşmən fəaliyyəti” ilə əlaqədar olaraq İrana qarşı yeni sanksiyaları tətbiq etmək niyyətindədir.
Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, bu haqda jurnalistlərə Ağ Evin nümayəndəsi bildirib.
O qeyd edib ki, sanksiyaların iki il əvvəl “altılıq” (BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya –red.) və İran arasında imzalanan Birgə Hərtərəfli İş Planı (SVPD) ilə əlaqəsi yoxdur. Bu razılaşma çərçivəsində Vaşinqton Tehrana qarşı bir sıra sanksiyaları ləğv edib.
“Yeni sanksiyalar nüvə razılaşması çərçivəsində ləğv edilmiş sanksiyalar yenidən tətbiq olunası deyil”, - məmur deyib.
Ağ Evin nümayəndəsi həmçinin İranın “düşmən fəaliyyəti”ndən nümunələr gətirib. Onun sözlərinə görə, İranın Suriya rejiminə dəstəyi, İsrail barəsində düşmən siyasəti, terrorizmə dəstəyi, Yaxın Şərqdə azad gəmiçiliyə təhlükə yaratması, ABŞ və onun müttəfiqlərinə qarşı kiberhücumları, insanın hüquqları pozması və amerikalıların qanunsuz tutulması bu fəaliyyətə daxildir.
“Prezident və dövlət katibinin fikrincə, İranın bu fəaliyyəti nüvə razılaşmasına zərər verir”, - o əlavə edib.
Məmur İranı ABŞ-ın maraqlarına “ən böyük təhlükə” adlandırıb və bildirib ki, İranın hərəkətlərinə həm siyasi, həm də hərbi cavab tədbirləri görüləcək.
KİV-in məlumata görə, sanksiyalar İranın Yaxın Şərqdə, xüsusi halda Suriyada hərbi gücünü artırmasına qarşıdır. Sanksiyaların hədəfi, xüsusi halda, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH), həmçinin İranın 7 təşkilatı və beş fiziki şəxs olacaq. Vaşinqtonun fikrincə, bu təşkilatlar və şəxslər Tehranın qanunsuz və cinayətkar hərəkətlərini dəstəkləyirlər".
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp İranın 2015-ci ildən nüvə sazişinin öhdəliklərini yerinə yetirdiyini qəbul edib. Ağ Evin yaydığı informasiyaya görə, dövlət katibi Reks Tillerson İranla əldə olunmuş sazişin yerinə yetirilməsi ilə bağlı hesabatı Donald Trampa təqdim edib. Həmin sənəd prezident tərəfindən Konqresə göndərilib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26