Interposta.Info

Atışmalar davam edir:

Dünya
 12-07-2017, 07:45     524

Filippinin Maravi şəhərində İŞİD-ə bağlı Maute qruplaşması ilə yaşanan silahlı qarşıdurmalarda 2 mindən çox mülki şəxs həlak olub.

Axar.az xəbər verir ki, bu barədə “Deyli Tribun” məlumat yayıb.

Məsələ ilə bağlı açıqlama verən ölkənin müdafiə naziri Delfin Lorenzano isə məlumatların yoxlanılmamış olduğunu bildirib:

“Əməliyyatlar hələ davam edir. Rəsmilər Maravi şəhərindən gələn məlumatları dəqiqləşdirdikdən sonra cəmiyyətə çatdırırlar".

Ölkə başçısı Rodriqo Duterte Maravidə mühasirənin 10-15 gün ərzində sona çatacağını bildirib.

Qeyd edək ki, sözügedən şəhərdə anti-terror əməliyyatları mayın 23-də başladılıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26