Interposta.Info

Filippinin qəddar prezidenti xadiməyə sataşdığını etiraf edib

Ölkə
 1-01-2019, 17:54     10 362

Filippinin qəddarlığı ilə ad qazanmış prezidenti Rodriqo Duterte keçmişdə qadın xadiməyə sataşdığını etiraf edib.

Duterte bunu vətəndaşlara torpaq paylanması münasibətilə təşkil olunan mitinqdə söyləyib. Onun sözlərinə görə, o, həmin hərəkəti məktəbli vaxtında, yatan bir təmzlikçi qadına qarşı edib. Hətta prezidentin ictimaiyyətlə əlaqələr ofsi nitq mətnində onun bu hərəkətlərin sözlə təsvirinə belə yol verib.

Rodriqo Duterte uşaq vaxtı kilsədə tövbə edərkən keşiş tərəfindən sataşmaya məruz qaldığını və bu vəziyyətin Filippində hər uşağın başına gələ biləcəyini bildirib.

Rusiyanın “Sputnik” agenltiyini verdiyi xəbərə görə, sonradan gələn təpkilər səbəbindən Dutertenin mətbuat katibi Salvador Pinedo prezidentin danışdığı hekayəni özündən uydurduğunu söyləyməyə məcbur olub.

Lakin Filippinin insan hüquqları təşkilatları prezidentin “zarafatını” ciddi qəbul ediblər. Ölkənin “Qabriela” adlı qadın hüquqları təşkilatı dövlət başçısını istefaya çağırıb.

Qeyd olunur ki, Dutertenin qadınlar haqqında aşağılayıcı açıqlamaları ilk dəfə baş vermir. Filippin prezidenti hətta əsgərlərə kommunist qadınları cinsi orqanlarından vurmaları gərəkdyini söyləyən adamdır./musavat.com

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26