Interposta.Info

Prezident aldığı məvaciblə dolana bilmir: "İki arvadım var, maaşımı artırın"

Ölkə
 26-02-2018, 16:37     10 461

Filippinin dövlət başçısı Rodriqo Duterte prezidentlik maaşının azlığından gileylənib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə hərbi qurumların birində çıxışı zamanı danışıb. Duterte bildirib ki,

Çox yoruluram, lakin bunun müqabilində nə qədər qazandığımı bilirsinizmi? 200 min peso (təxminən 3860 dollar). İki arvadım var. Bu səbəbdən ideal maaşım 1 milyon 500 min peso (təxminən 29 min dollar) olmalıdır. Zarafat etmirəm. Həqiqətən çox yorucudur. Oradan oraya uçursan, hamını salamlayırsan".

O, həmçinin yemək üçün də ayrıca məvacib almadığını deyib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26