Prezident öz oğlunun ölüm əmrini verdi
Filippin prezidenti Rodriqo Dutertenin oğlu Paolo Dutertenin adı narkotik qaçaqmalçılığına qarışdığına və şəxsi həyatındakı problemlərə görə istefa verib.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Davao bələdiyyə sədri olan Paolo mətbuata verdiyi açıqlamada "Həyatım, uğursuz nikahımla bağlı bəzi hadisələr baş verib. Narkotik ticarətində adımın hallanması, sosial mediada qızımla mübahisəm bu siyahıya daxildir" deyərək istefa verdiyini bildirib.
Sentyabr ayında adı Çindən ixrac edilən 125 milyon dollar dəyərindəki narkotikin ölkəyə gətirilməsində hallanan oğul Duterte daha sonra sosial mediada qızı ilə mübahisə etmişdi. Bələdiyyə sədrinin qızı atasının ona qarşı göstərdiyi pis münasibətdən şikayətlənmiş, atası bu addımı "utandırıcı" adlandırmışdı.
Qeyd edək ki, prezident Rodriqo Duterte oğluna qarşı iddialara münasibət bildirərək "Polisə bu işə qarışan oğlum belə olsa öldürün təlimatı vermişəm" demişdi.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26