Filippində İŞİD-i dəstəkləyən silahlılarla döyüşlər davam edir:

Filippinin Maravi şəhərində hökumət qüvvələri ilə İŞİD terror qruplaşmasını dəstəkləyən silahlılar arasında döyüşlər zamanı ən azı 42 nəfər ölüb.
Trend-in məlumatına görə, silahlı qarşıdurmalar zamanı bazar günü 19 dinc sakin, 11 hərbçi və 4 polis əməkdaşı həlak olub. Bundan başqa, yarğanda 8 nəfərin meyiti aşkarlanıb.
61 silahlının zərərsizləşdirildiyi bildirilir.
interposta.info bildirir ki, Maravi əhalisinin əksəriyyəti şəhəri tərk edib.
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26