Interposta.Info

İnterneti icad edən Amerika, ona hökm edən Putin

Dünya
 30-06-2017, 07:36     629

Rusiyanı hakerlər məsələsində güclü edən nədir?

Məlum olduğu kimi, hakerlər internetdə Böyük Britaniya dövlət məmurlarının parollarını satır və mübadilə edirlər.
bu haqda “The Times” qəzeti məlumat yayıb.


Qəzet bildirir ki, hakerlər nazirlərə, parlamentarlara, hüquq-mühafizə orqanlarının yüksək vəzifəli əməkdaşlarına məxsus elektron poçt ünvanlarını və parolları ələ keçiriblər. Bu məlumatlar rusdilli haker resurslarından birində yerləşdirilib. “İki böyük siyahıda min parlamentarın və parlament əməkdaşının, 7 min polis məmurunun və XİN-in mindən çox əməkdaşının oğurlanmış məlumatları var”, - deyə qəzetin xəbərində bildirilir. Qurbanlar sırasında təhsil naziri Castina Qrininq, biznes işləri üzrə nazir Qreq Klark da var.

"The Times" hakerlərin "LinkedIn", "MySpace" və digər sosial şəbəkələrdən şəxsi məlumatları oğurladıqlarını yazıb. Hadisədən sonra Böyük Britaniya Milli Kibertəhlükəsizlik Mərkəzi məlumatların müdafiəsi ilə bağlı tələblərini yeniləyəcəyini açıqlayıb.

Jurnalın veridiyi xəbərə görə, Putinin hakerləri ölkənin bütün dövlət sisteminə daxil olaraq milyonlarla faylların parollarını ələ keçiriblər.
Məlumata əsasən, hökumət üzvlərinə, səfirlərə, polis şeflərinə məxsus bu parollar hakerlər tərəfindən virtual bazarda satışa belə çıxarılıb.
Əslində hakerlərin bu cür hücumlarına informasiya müharibəsinin tərkib hissəsi kimi baxmaq lazımdır. Mütəxəssislər bildirir ki, bəzən bu müharibələr sistemli şəkildə qurulur. Hansısa ölkə digərinə hücum etməzdən əvvəl informasiya müharibəsinə başlayır. Son dövrlər dünyada müharibə öncəsi virtual müharibə dəbə minib. Bəzən bu proses həvəskarlar səviyyəsində də həyata keçirilir.

Təcrübə göstərir ki, adətən ixtisaslaşmış, müvafiq biliklərə yiyələnmiş haker özünü təsdiqləmək üçün hansısa informasiya blokunu dağıdır. Amma bunlardan başqa üçüncü istiqamət də var: müəyyən biznes, maliyyə qurumları ixtisaslaşmış hakerləri ələ keçirərək, onların qarşısına rəqib tərəfin informasiya resursunu dağıtmaqla bağlı konkret şərtlər qoyurlar. Bu müharibədən bəzən rəqiblərini susdurmaq üçün siyasi qurumlar da istifadə edir.
İnterneti icad edən Amerika, ona hökm edən Putin


Məlum olan fakt həm də budur ki, dünya hakerləri bir neçə növə bölünüb. Yəni, onlar təkcə pis əməllərlə məşğul olmurlar. Məsələn, "Qara kepkalı" hakerlar əsasən illegal - özlərinə aid olmayan və səlahiyyətlərində olmayan sistemlərə daxil olub müxtəlif çaplı zərər verici məqsədli - işlərlə məşğul olduqları halda "ağ kepkalı" hakerlər bunun tərsinə olaraq bu zərərlərin qarşısını almaq və sistemin özünü müdafiə qabiliyyətini artırmaqla məşğul olurlar. "Boz kepkalı" hakerlar isə digər iki növə tam aid edilə bilməyən, yəni həm illegal həm də legal fəaliyyətlərlə məşğul olan şəxslərdir. Hakerların illegal fəaliyyətlərinin arxasında duran səbəblərdən biri də özünü özünə və ya aid olduğu "yeraltı" cəmiyyətinə "sübut etmə" və bəzən də sadəcə olaraq "zövq alma" istəyidir. Bu tip davranışlar daha çox "Boz kepkalılarda" müşahidə olunur. Onu da qeyd etmək lazımdır ki, əvvəllər ümimiyyətlə, haker fəaliyyətlərinə qeyri ciddi yanaşan iri proqram təminatı və kompüter şəbəkəsi avadanlıqları istehsalçıları sonradan bir çox "qara kepkalı" hakerlarla əlaqəyə keçmiş və öz şirkətlərində işlə təmin edərək onların "ağ kepkalı" hakerlar cərgəsinə keçmələrinə səbəb olmuşdur. Bundan əlavə axtarış mühərriklərinin internetdə böyük əhəmiyyət qazanması ilə Axtarış Mühərriki Optimizasiyası(SEO) metodları meydana çıxmışdır. Bu cür metodlar da məhz "Qara Kepka" və "Ağ Kepka" metodları olaraq kateqoriyalaşdırılır.
İnterneti icad edən Amerika, ona hökm edən Putin


Amma bu kateqoriyada rus hakerlərin yeri xüsusidir. “New York Times” qəzeti yazır ki, Rusiya hakerləri mütəmadi olaraq Qərbin yüzlərlə neft və qaz şirkətinin kompüterlərinə hücum edirlər. Belə hücuma məruz qalan şirkətlər arasında enerji investisiyaları şirkətləri də var. Bu hücumların arxasında nə durur? Ekspertlərin fikrincə, - iqtisadi casusluq. Ancaq Rusiya hakerlərinin hücumları təkcə kompüter sistemlərini yarıb, burdan nəsə öyrənmək deyil. Onlar həmin sənayelərə nəzarəti ələ keçirirlər. Bu təxminən ABŞ və İsrailin Stuxnet kompüter proqramı vasitəsilə 2009-cu ildə İranın nüvə proqramı kompüter sistemi üzərində nəzarəti ələ keçirməsinə və İranın nüvə təchizatının 20 faizini məhv etməsinə oxşayır. Rusiya hakerləri 84 ölkədə 1000-dən çox şirkətə haker hücumu edib. Bunu ilk dəfə 2012-ci ilin avqustunda Kalifortniyada qərarlaşan “CrowdStrike” təhlükəsizlik şirkəti ortaya çıxartdı. Şirkət bildirir ki, Rusiya haker qruplarının enerji şirkətlərinə hücumları həddən artıq yüksək texnologiyalı və agressivdir. İyunun 30-da Kaliforniyadakı Symantec şirkəti hesabat yaydı ki, Rusiya hakerləri Stuxnet növlü proqramlara oxşar proqramdan istifadə edirlər.

Hakerlərdən danışıb, tarixdəki səs-küy yaratmış hakerlərə toxunmamaq olmaz..

Bunlardan birincisi Adrian Lamodur. "Evsiz haker" ləqəbi ilə tanınan Lamonun ən çox səs gətirən əməliyyatı “New York Times” və Microsoft un sistemlərinə girmiş olması idi. Eyni zamanda yahoo, “Bank of America”, Citigroup və Cingular sistemlərinə də girmiş ola biləcəyi təxmin edilir. Ona 65,000 dollarlıq cərimə, altı ay ev həbsi və 2 il kompüterə toxunmama hökmü verildi. Cəzasını çəkdi, hazırda sərbəstdir.

Şişirdildiyini deyən haker Mitnick ədalət nazirliyi tərəfindən ABŞ tarixində ən çox axtarılan kompüter günahkarı olaraq tanınır. Haqqında iki film çəkilib. Freedom Downtime və Takedown. Ən məşhur fəaliyyəti: Telefon sistemlərinə, kompüter şəbəkəsinə girib proqram oğurlamaq. Beş il həbs, arxasından 8 ay kompüterə toxunmama cəzası aldı. Cəzasını çəkib, hazırda azadlıqdadır.

Kevin Poulsen - Kod adı Dark Dante olan Poulsenin ən məşhur fəaliyyəti LA radio evinin KIIS-FM telefon xətlərinə girərək özünə çəkilişlə bir “Porsche” və başqa bir sıra mükafat qazandırması oldu. Federal verilənlər bazasına girmək istəyərkən tutuldu. Beş il həbs cəzası alıb. Hazırda azadlıqdadır və jurnalist olaraq işləyir.
İnterneti icad edən Amerika, ona hökm edən Putin


Robert Tappan Morris - Dünyanın ilk soxulcan proqramı olan Morris soxulcanının istehsalçısı olan Robert Tappan Morris bu proqramı əslində "internetin nə qədər böyük olduğunu test etmək üçün" yazdığını iddia etməkdə olsa da proqramın çox böyük sayda kompüterə yayıb, şəbəkələri çalışmaz hala gətirməsi nəticəsində tutulub. Üç il cəza alıb, 10.500 USD cərimə ödəyib.
İnterneti icad edən Amerika, ona hökm edən Putin


Jonathan James - Haker günahlandırması ilə həbs olunan, mühakimə olunan və hökm alan ilk 18 yaşdan kiçik kompüter istifadəçisi olan Ceyms 16 yaşında həbs olundu. Ən məşhur fəaliyyəti: ABŞ Müdafiə Nazirliyindəki kompüterlərdən birinə bir arxa qapı (backdoor) proqramı yerləşdirib, NASA kompüterlərindən 1.7 milyon dollarlıq proqram oğurlayıb. 10 il cəzalandırılıb, cəzası 6 aya qədər endirilib. Hazırda azadlıqdadır, amma kompüterlərə toxunması qadağan edilib.
İnterneti icad edən Amerika, ona hökm edən Putin


Amma tarixdə tanınmış hakerlər qismində Tim Berners-Lee, Linus Torvalds, Larri Uold, Rasmus Lerdorf, Riçard Stollmen, Ceff Raskin, Con MakKarti, Erik Reymond, Robert Morris, Kevin Mitnik, Dennis Riçç və Ken Tompsonun adı çəkilir.

Düşünməyin ki, onlar bu işi təkcə zövq almaq, pislik etmək üçün görürlər. Bu işdə çox ciddi pullar var. Kaspersky Lab ekspertləri hakerlərin hücum təşkil etməklə və haker alətlərinin yaradılması ilə nə qədər pul qazandıqlarını hesablayıb. Hesablamalara görə, kiber cinayətkarların əldə etdikləri gəlir xərclərindən 20 qat çoxdur. Məsələn, hər hansı təşkilat və yaxud sosial şəbəkənin saxta səhifəsinin yaradılması fırıldaqçılara 150 dollara başa gəlir. Lakin onların tələsinə təqribən 100 insan düşərsə, bu fırıldaqçılar bundan 10 000 dollar qazana bilər.

Blok edən mobil troyan virusunun proqramının yaradılması və yayılması hazırda hakerlər üçün əhəmiyyətli dərəcədə baha başa gəlir. Təqribən 1000 dollar. Lakin hakerlərin buradan da əldə etdikləri qazanc itkilərindən çoxdur. Fırıldaqçıların smartfonun blokunu açmaq üçün təyin etdikləri məbləğ isə 10 dollardan 200 dollara qədər dəyişə bilər. Bu da o deməkdir ki, 100 potensial zərərçəkmişdən fırıldaqçılar 20 000 dollar qazana bilər.

Bank troyan virusunun işə düşməsi halında birbaşa olaraq istifadəçilərin pullarına "ova çıxmış" hakerlər əhəmiyyətli gəlir əldə edə bilirlər. Sözügedən virusun əldə edilməsinə və lazımi spam-keçidlərə 3000 dollar xərcləməklə kiber cinayətkarlar 72 000 dollar qazanmaq şansı əldə edirlər. Bu halda 1 zərərçəkmiş istifadəçinin itirdiyi orta məbləğ 722 dollar təşkil edəcək./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26