Interposta.Info

Hakerlər “WhatsApp” yazışmalarınızı oxuya biləcəklər

Müxtəlif
 12-10-2017, 12:56     6 774

Hakerlər “Facebook” şirkətinə məxsus “WhatsApp” messencerində sizin şəbəkədə keçirdiyiniz vaxtı, kimlə ünsiyyət saxladığınızı öyrənə bilərlər. Bu halda onlayn statusu göstərən funksiyanın deaktiv edilməsi kömək etməyəcək

interposta.info ICTnews-a istinadən xəbər verir ki, qurğuya müdaxilə üçün hansısa bir qeyri-adi qabiliyyətə malik olmaq lazım deyil.

Proqramlar haqda orta təsəvvürə malik olan istənilən noutbuk sahibi internet aktivliyi haqda fərdi məlumatları ələ keçirmək qabiliyyətinə malikdir. Onlayn status əsas boşluqdur. “Google Chrome” brauzeri üçün genişlənməni quraşdıraraq, istifadəçidən xəbərsiz onun fəallığını qeydə almaq olar.

Əldə edilmiş məlumatları araşdıraraq, kimin kimlə yazışmasını bilmək mümkündür.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26