Interposta.Info

“WhatsApp”dan daha bir unikal yenilik

Müxtəlif
 11-02-2018, 23:15     10 490

“WhatsApp” messencerində pulköçürmə sisteminin tətbiqinə başlanılır.

interposta.info xəbər verir ki, Publika.az-ın məlumatına görə, şirkət artıq Hindistanda ödəniş sistemini sınaqdan keçirir. Funksiyadan istifadə etmək üçün SMS kod vasitəsilə telefon nömrəsini təsdiqləmək və hesab açılmış bankı seçmək lazımdır.

Pulköçürmə sistemi “Unified Payments Interface” (UPI) interfeysinə əsaslanır. İstifadəçilər bir-birinə pulu birbaşa messencerdə komissiyasız göndərə biləcəklər.

İlkin mərhələdə messencer yalnız istifadəçilər arasında ödənişləri dəstəkləyəcək. Gələcəkdə şirkət messencerə Çinin “WeChat” messencerində olduğu kimi müxtəlif xidmətlərin ödənişini əlavə edə bilər.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26