Interposta.Info

“Facebook”da növbəti qalmaqal:

Ölkə
 6-04-2019, 09:19     10 474

İnformasiya təhlükəsizliyi sahəsi üzrə ixtisaslaşmış "UpGuard” şirkəti 540 milyondan çox "Facebook” istifadəçisinin məlumatının internetdə yerləşdirilməsi haqqında məlumat yayıb.

İstifadəçilərin məlumatı Meksikanın "Cultura Colectiva” rəqəmli platformasında aşkar edilib.

Bundan başqa, artıq mövcud olmayan "At the Pool” proqramında ad, parol, elektron poçt ünvanları və başqa məlumatlar əlçatan olub.

Qeyd edək ki, son zamanlar "Facebook” şəxsi məlumatların itkisi ilə bağlı çoxsaylı qalmaqalların mərkəzindədir. Avropa İttifaqının yeni qanunvericiliyinə əsasən, məlumatların təhlükəsizliyinə riayət etməyən şirkətlər gəlirlərinin 4%-dək hissəsini ödəməli olacaqlar.

Xatırladaq ki, 2018-ci il sentyabrın sonunda "Facebook” sosial şəbəkəyə müdaxilə aşkar etmişdi. Hakerlər "Facebook”un proqramlaşdırma kodunda boşluqdan istifadə edərək istifadəçi hesabları üzərində nəzarəti ələ keçirmişdilər. ("ICTnews”)

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26