Interposta.Info

Qətər ordusunu çəkdi,

Dünya
 16-06-2017, 18:07     558

Eritreya qoşunları Qətərin sülhməramlı qüvvələrini münaqişə bölgəsindən geri çəkməsindən sonra Cibuti ilə sərhəddəki əraziyə nəzarəti ələ keçirib.

Axar.az xəbər verir ki, bu barədə Cibutinin Xarici İşlər naziri Mahmud Əli Yusif “Röyter”ə açıqlamasında bildirib.

“Qətər sülhməramlıları iyun ayının 12-də geri çağırıldı. Elə həmin gün də Eritreya qoşunlarının hərbi əməliyyatları başladı. Hazırda onlar həmin əraziyə nəzarət edirlər”,- deyə nazir öz çıxışında məlumat verib.

Qeyd edək ki, Körfəzdəki böhranla əlaqədar Qətər Yəmən və Cibutidəki əsgərlərini geri çağırıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26