Interposta.Info

Qətər onu bəlaya salan hücumun mənbəyini tapdı

Dünya
 8-06-2017, 13:36     931

Biz ABŞ və Britaniyanın yardımı ilə ölkənin rəsmi agentliyinə edilən haker hücumlarının mənbəyini aşkarlamışıq.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Qətər Xarici İşlər Nazirliyi yayıb.

Qeyd edək ki, bundan öncə Qətərin rəsmi dövlət agentliyinə haker hücumu olmuşdu. Bu hücum zamanı agentliyin saytında Qətər əmirinin adından İranı tərifləyən yazı dərc edilmişdi.

İddiaya görə, ərəb ölkələrinin Qətərlə diplomatik münasibətlərini dayandırmasına əsas səbəb bu məqalədir. Körfəz ölkələri Qətərin bu məqalənin haker hücumu nəticəsində yerləşdirildiyi barədə rəsmi açıqlamasını ciddiyə almamışdılar.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26