Interposta.Info

Rusiya

Dünya
 14-06-2017, 13:53     528

Amerika mediası bununla bağlı heyrətamiz faktlar aşkar ediblər
Rusiya xüsusi xidmət orqanları yalnız ABŞ siyasi sistemini, onun demokratik institutlarını zədələməklə bağlı fəaliyyəti hər kəsə məlumdur. Ruslar son seçkilərə uğurlu kiber müdaxilə həyata keçirməklə əhalinin seçki sisteminə inam və etimadının sarsıtmağa, bununla da dövlətdaxili münaqişələri qızışdırmağa böyük ölçüdə nail ola biliblər. Hazırda ABŞ-da rusların açdığı yaraların sağaldılması üzərində iş gedir.


Lakin politico.az saytında dərc olunan bir məqalədə Rusiya agentlərinin Amerikanın hərbi sisteminə də müxtəlif yollarla təsir emək qabiliyyətlərini ortaya qoyub.

Saytın yazdığına görə, ruslar bu işə 4-5 il öncədən başlayıblar.

2013-cü ilin payızında ABŞ-ın adi xəbər saytlarından sayılan və əsasən istefada olan hərbçilərin işə düzəlməsi və tibbi sığortalarının ödənilməsi ilə bağlı köməklik məqsədilə qurulan Veterans Today portalı New Eastern Outlook (Yeni Şərq icmalı-red) internet səhifəsindən mövzular dərc etməyə başlayıb. Həmin sayt Rusiya Elmlər Akademiyasının geopolitik jurnalı kimi fəaliyyət göstərirmiş.
Rusiya


Məqalə müəllifi Ben Şrekingerin yazdığına görə, Rusiya uzun müddətdir ki, ABŞ cəmiyyətinin müxtəlif sütunlarına yönəlik təsir, şantaj və təbliğat kampaniyası yürüdür. Bu siyasət hərbi analitiklərə Putinin əsl niyyətlərini anlamağa və Rusiyanın gələcəkdəki aqressiyasının qarşısında effektiv şəkildə dayanmağa mane olur.

“Xüsusilə Rusiya agentləri sosial şəbəkələrdə, əsasən də facebook və tvitterdə gözəl qadın profillərindən istifadə edərək Pentaqonun əməkdaşlarına, onların həyat yoldaşlarına yönəlik fişinq (ovlama) hücumları həyata keçirirlər”, - məqalədə qeyd olunur.

Fidelis Cybersecurity şirkətindən Con Bambenekin məqalə müəllifinə bildirdiyinə görə, Rusiya sosial şəbəkələrdə saxta hesablardan istifadə edərək ABŞ silahlı qüvvələri haqqında məlumat toplayan bir neçə ölkədən biridir: “Casuslar başa düşürlər ki, hərbçilərin gizli olmayan adi həyatlarını izləməklə silahlı qüvvələrdə gedən ümumi tendensiyaları anlamaq mümkündür”, - Bambenek bildirir.

Sosial şəbəkələrdə kontaktların qurulması xarici dövlətlərə ABŞ hərbçilərinə xəbərlər göndərməyə, Rusiya agetntlərinə isə öz təbliğatlarını həyata keçirməyə imkan verir”, - Şrekinger yazır.

ABŞ siahlı qüvvələrində müqavilə üzrə çalışan Serena Morinq də bununla bağlı narahatlığını Şrekinqlə bölüşüb . Onun sözlərinə görə, ilk dəfə ABŞ hərbçiləri arasında Rusiyameylli ab-havanın yarandığını keçən il hiss edibmiş. Ekspert sosial mediada Suriyada İŞİD-lə döyüşən bir rus hərbçisinin görüntülərinin əks olunduğu bir video-materialın ABŞ əsgərləri arasında böyük heyranlıqla izlənildiyini bildirərək, bunun sonradan həmin şəbəkələrdə yaradılan kontaktlar vasitəsilə süni şəkildə yayıldığnına diqqət çəkib.
Rusiya


“Morinq özü ABŞ hərbçiləri arasında, o cümlədən hərbi kəşfiyyatın əməkdaşları içində xeyli insanın Putinin fanatına çevrildiyini qeyd edir.
Müəllif sosial şəbəkəlrdə əsl Rusiyayönümlü əhval ruhiyyə ilə süni olaraq yaradılmış ovqat arasında fərqliliyi tapmağın olduqca çətin olduğunu bildirir.

Şrekinger yuxarıda adı çəkilən Veterans today saytının həm də ABŞ-ın İraqa müdaxiləsinə qarşı yaradıldığını qeyd edərək, saytda tez-tez ağlasığmaz sui-qəsd nəzəriyyələrinin dərc edildiyini yazır. Saytın icraçı redaktoru Cim Din Rusiyanın New Eastern Outlook səhifəsi ilə yaradılan əməkdaşlığı “göylərdə imzalanan nikah” adlandırıb.

2015-ci ilin oktyabrında isə Veterans Today daha bir internet sahifəsi- South Front-un əməkdaşına çevrilib. Adıçəkilən internet səhifəsi gözəl dizayana malikdir və burada dərc olunan məqalələrin müəlliflərinin adları göstərilmir. Sayt özü isə Moskvada qeydə alınıb”.

“2013-cü ilin oktyabrında isə digər sayt, Veterans News Moskvanın analitik mərkəzi sayılan “Strateji mədəniyyət fondu”nun dərc etdiyi materialları yaymağa başlayıb.

Şrekinger haker hücumlarının hədəf obyektləri barədə də statistikanı dilə gətirib:

“Kibertəhlükəzizliklə məğul olan SecureWorks firmasının verdiyi məlumata əsasən, Fancy Bear-ın hücumuna məruz qalanların 41%-i xidmətdə və ya istefada olan hərbçilərdir. 22%-i yazıçılar və jurnalistlər, 10%-i qeyri-kommerisya təşkilatları, 4%- siyasi fəallar, 8%-i isə dövlət qulluqçularıdır. Hücuma məruz qalan yazıçı və jurnalistlərin 20%-dən çoxu hərbçilərin həyat yoldaları, habelə ordu ilə bağlı aparıcı bloqlar olub.
Rusiya


“Keçən il Rusiya hakerləri ABŞ-ın keçmiş NATO komandanı Filip Bridlavın elektron məktublarını oğurlayıblar. 2015-ci ildə isə özünü CyberCaliphate adlandıran qrup ABŞ mərkəzi komandanlığının tvitter hesabını qıraraq, həmin hesabın izləyicilərini hərbçilərdən oğurlanan məlumatlara yönəldib.

Strategic Cyber Ventures şirkətninin başçısı Tom Killerman məqalə müəllfinə hakerlərin Vaşinqton və Nyu-Yorkdan olan qüdrətli liderlərinin, habelə onların arvadlarının və sevgililərinin adlarının keçdiyi 2,3 min şəxsin siyahısını hazırladığı barədə raport verdiyini söyləyib.

“Kellerman həmin raportda hakerlərin həmin şəxslərin şəxsi həyatları barədə gizli məlumatların əldə olunması məqsədilə onların personal qurğularına mikrofon və kameralar yerləşdirildiyi kimi xəbərdarlığın yer aldığını bidlrir. Ekspertin fikrincə, bu kampaniya ABŞ liderləri haqqında kompromat toplamağa, habelə Kremli daha da cəsarətləndirməyə imkan verib”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26