Interposta.Info

Donald Trampın keçmiş müşavirinin başı rus bəlasından əskilmir... - İfşa

Dünya
 18-03-2017, 16:40     494

Generalın Rusiya telekanalından aldığı pullar ortaya çıxıb

ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Maykl Flin mətbuatdan yaxasını istefa ilə qurtara bilməyəcək, deyəsən.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, ABŞ Konqresi, habelə mətbuat indi onun Kremlin dünyadakı təbliğat və öz rəqiblərinə qarşı qara piar ruporu sayılan “Russia Today” kanalından aldığı pullarla maraqlanmağa başlayıblar.

The Wall Street Journal qəzetinin verdiyi xəbərə görə, ABŞ Konqresinin Nəzarət komitəsi Donald Trampın Rusiya ilə əlaqələrdə şübhəli bilinən keçmiş müşavirinin rus şirkətlərindən ən azı 50 min dollar məbləğində pul aldığını ortaya çıxarıb.

Maykl Flinnin qazancının Rusiyada əsasən “Russia Today” kanalının təşkil etdiyi tədbirlərdəki çıxışlardan gəldiyi aşkar olunub.
Bununla bağlı olaraq sənədlər ABŞ-da bu tip görüşlərin təşkilatçılığı ilə məşğul olan Leading Authorities şirkəti tərəfindən Konqresin Nümayəndələr Palatasına müvafiq sənədlər təqdim edilib.

İlkin məlumatlara əsasən, Maykl Flinin “Russia Today” kanalı ilə 33 min dollara “əl sıxışıb”. Bununla bağlı sənədlərdə Maykl Flinin köməkçisi ilə Rusiya telekanalının nümayəndəsi Alina Mixaylova arasında telefon danışıqları dərc edilib.

“Bağışlayın, sizin çıxış üçün istədiyiniz məbləğ həddindən artıq yuxarıdır və bizim büdcəmizi aşır. Mümkündürmü ki, siz onu 45 min dollara qədər endirəsiniz?”- Mixaylova 2015-ci ilin noyabrın 9-da Flinnin köməkçisinə yazıb.

Cavab yazısında Maykl Flinin nümayəndəsi qonorarın aşağı salınmasına razılıq verdiklərini bildirir. Tərəflərin hansı qiymətdə razılaşdığı hələ bəlli edilməyib.

Maykl Flinin və digər tanınmış siyasətçilərin bənzər çıxışlarının təşkili məşğul olan Leading Authorities şirkətinin adətən Avropadakı tədbirlərin təşkilinə görə 55 min, Asiyadakı tədbirlər üçün isə 75 min dollar istədiyi bilinməkdədir. Belə çıxır ki, keçmiş müşavirin aldığı pul ifadə ediləndən qat-qat artıq olub.

Bundan başqa, Maykl Flinin vaxtilə korrupsiya skandalına görə BMT-nin belə xidmətindən imtina etdiyi Rusiyaya məxsus çarter təyyarə yükdaşıma şirkəti və ABŞ hökuməti ilə bir vaxtlar əməkdaşlığa can atan, kibertəhlükəsizliklə məşğul olan başqa bir rus firması tərəfindən külli miqdarda pul aldığı ortaya çıxıb.

Pul ödəmələri 2015-ci ilin payızında həyata keçirilib.

The Wall Street Journal-ın məlumatına əsasən, bu hələ Maykl Flinin ortaya çıxarılacaq maliyyə mənbələrinin hamısı deyil...

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26