Interposta.Info

Terrorçular İran parlamentinə belə girdi –

Dünya
 7-06-2017, 17:07     1 366

Terrorçular İran parlamentinin binasına qadın qiyafəsində daxil olublar.

Axar.az xəbər verir ki, bu barədə İran Daxili İşlər nazirinin müavini məlumat yayıb.

O, cinayətkarlardan birinin kamikadze olduğunu, özünü partlatdığını, daha birinin isə öldürüldüyünü açıqlayıb.

Qeyd edək ki, bu arada sosial şəbəkələrdə terrorçuların İran parlamentinə atışa-atışa girdiklərini əks etdirən video yayılıb. Videonu İŞİD-in yaydığı ehtimal edilir.

***

Videoda ərəb dilində danışan terrorçuların dialoqunu təqdim edirik:

- Əl saxla!

- Allaha şükür!

- Elə bilirsiniz ki, biz gedəcəyik?

- Biz qalacağıq.

- Allahın izni ilə biz daim qalacağıq!

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26