Interposta.Info

Gülənin şok mesajı ortaya çıxdı:

Dünya
 5-06-2017, 09:58     953

Ankara Cümhuriyyət Prokurorluğunun hazırladığı ittihamnamədə 2016-cı il 15 iyul qiyamını şəxsən idarə etməsi üçün Fətullah Gülənin Türkiyəyə gəlmək istədiyi bildirilib.

Axar.az xəbər verir ki, “Baylok” yazışmalarından əldə edilən məlumatda FETÖ liderinin səhhətini bəhanə gətirərək ölkəyə gəlməkdən imtina etməsi göstərilib.

Şifrəli danışıqların müxtəlif zaman kəsiklərində aparıldığı bildirilib.

“Bir bayram günü Türkiyəyə gələrəm. Türkiyə və Misirə bayram gəldiyində bütün dünya bayramı yaşayacaq”, - mesajların birində deyilib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26