Interposta.Info

Milyarder ABŞ-ın borcunu üzərinə götürdü

Dünya
 3-06-2017, 20:08     626

Nyu Yorkun eks-meri olan milyarder Maykl Blumberqin fondu BMT-yə Paris İqlim Müqaviləsinin reallaşdırılması üçün ABŞ-ın ödəməli olduğu 14 milyon dolları verməyə hazırdır.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Nyu York Tayms” qəzeti yayıb. Qəzet Blumberqin bununla Amerikanın Paris iqlim müqaviləsində üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ölkəsinin Paris İqlim Müqaviləsindən çıxdığını bildirib. Bundan sonra ölkə daxilindən və xaricdən Trampa qarşı çoxsaylı etirazlar səsləndirilib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26