Interposta.Info

O, Trampla “əl sıxma döyüşü”ndə məğlub oldu –

Dünya
 2-06-2017, 21:01     867

ABŞ prezidenti Donald Trampın “əl sıxma döyüşü” növbəti dəfə Qərb jurnalistlərinin diqqətini cəlb edib.
Publika.az Britaniyanın “Independent” nəşrinə istinadən xəbər verir ki, Amerika prezidenti Ağ Evdə Vyetnamın baş naziri Nquen Suan Fukunu sınaqdan keçirib.
“Adi gözlə görünür ki, Tramp əl sıxmadan sonra Vyetnam liderinin əllərində öz izini qoyub.
Qeyd edək, Vyetnamın hökumət başçısı Trampın “əl sıxma döyüşü”nün tək “qurbanı” deyil. Daha əvvəl Tramp Yaponiyanın baş naziri Sindzo Abe və Fransanın yeni prezidenti Emmanuel Makronun əlini sıxıb.
Amma “Röyters” agentliyinin yazdığına görə, ABŞ prezidenti “əl sıxma döyüşü”ndə fransalı həmkarı Emmanuel Makrona məğlub olub. Agentlik Trampın Brüsseldə NATO zirvəsində (25-26 may) Fransa prezidenti şəxsində bərabər “rəqib”lə qarşılaşdığını yazıb.
Donald Tramp özünün xüsusi əl sıxma üslubu ilə məşhurdur. Bu üslub “dart və dart” adlanır. Ekspertlərə görə, bu gücün nümayişi ola bilər.
Daha əvvəl KİV-in yazdığına görə, ABŞ prezidenti Ər-Riyadda “əl sıxma döyüşü”ndə Tacikistan prezidenti Emomali Rahmona məğlub olub.

interposta.info





O, Trampla “əl sıxma döyüşü”ndə məğlub oldu –
O, Trampla “əl sıxma döyüşü”ndə məğlub oldu –

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26