Paytaxda dəhşətli TERROR:

Partlayış nəticəsində ölənlərin sayı 65 nəfərə qədər artıb, ən azı 325 insan yaralanıb. Bu haqda Əfqanıstan Səhiyyə Nazirliyinin nümayəndəsinə istinadən "Tolo News" telekanalı xəbər verib.
***
Əfqanıstanın paytaxtı Kabilda Almaniya səfirliyinin binası qarşısında partlayış törədilib.
Publika.az xəbər verir ki, “Röyters” agentliyi onlarla insanın həlak olduğunu, 150-dən çoxunun yaralandığını bildirib.
Öz növbəsində əfqan məmurlarına istinadən “Assoşieyted Press” agentliyi partlayış nəticəsində 60 insanın öldüyünü xəbər verib.
Partlayış baş verən ərazinin yaxınlığında həmçinin prezident sarayı və xarici səfirliklərin binaları yerləşir. Polisin məlumatına görə, minalanmış avtomobil partladılıb.
Hadisəyə görə hələ heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26