Interposta.Info

İçkini haram görməyən müftidən növbəti qəribə - Fitva

Dünya
 30-05-2017, 19:06     760

Beynəlxalq Müsəlman Alimləri Birliyinin rəhbəri Mustafa Rəşid orucun varlılar üçün zəruri, kasıblar üçün isə könüllü olduğunu bildirən fitva yayıb.

Axar.az Türkiyənin Xəbərlər saytına istinadən xəbər verir ki, Mustafa Rəşid bu fitvanı ABŞ televiziya kanallarından birinə verdiyi müsahibəsi zamanı deyib.

Hüquq fakültəsi dekanı Seyif Kazamel isə mübahisələrə səbəb olan fitvanın islama zidd olduğunu, ağlı başında olan, səyahət etməyən və sağlam olan hər bir müsəlmanın oruc tutmalı olduğunu bildirib.

Qeyd edək ki, müfti Mustafa Rəşid mübahisəli baxışları ilə tanınır. O, əvvəllər də müsəlmanların sərxoş olmayacaqları təqdirdə spirtli içki istifadə edə biləcəklərini deyib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26