Interposta.Info

Rəşid Mahmudov əməliyyat olundu

Ölkə
 19-10-2018, 12:15     10 311

Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudovun səhhətində problemlər yarandığı haqda xəbər vermişdik.

"XeberBiz" modern.az-a istinadən bildirir ki, qarın boşluğunda yaranan ağrılar səbəbindən Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına yerləşdirilən Rəşid Mahmudov bu gün əməliyyat olunub.

Bu haqda onun həmkarı, Tibb Universitetinin müəllimi Əli Əliyev bildirib:
"Dostumuz, kolleqam, layiqli ziyalımız Rəşid Mahmudovun səhhəti ictimaiyyəti ciddi narahat edir. Bu gün Rəşid müəllim əməliyyat olunub. Uğurlu keçib. Sabah mütləq özü ilə görüşəcəyəm. Durumu yaxşıdır. İnşallah qısa müddətdə bərpa olunacaq. Narahatlığa əsas yoxdur".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26